Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Heydər Əliyev Muzeyində açıq dərs keçirilib

Heydər Əliyev Muzeyində açıq dərs keçirilib

Heydər Əliyev Muzeyində “Ümummilli Liderin siyasi hakimiyyətinin Naxçıvan dövrü” mövzusunda açıq dərsi keçirilib. Dərsi “Naxçıvan” Universitetinin Ümumi tarix və Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov aparıb. Dərsdə universitetin Tarix müəllimliyi ixtisasının tələbələri iştirak ediblər.

Mehman Şabanov XX əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvandakı ictimai-siyasi hadisələrdən bəhs edib. Bildirib ki, həmin dövrlərdə Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün Ulu Öndərin siyasi təcrübəsinə, diplomatik qabiliyyətinə ehtiyac var idi. Belə ki, onun siyasi fəaliyyəti sayəsində Naxçıvan MSSR Ali Sovetinin adı dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılıb, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olunub. O, bütün həyatı boyunca vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni əsirgəməyib.

Dərsdən sonda tələbələr muzeylə tanış olublar. Dahi şəxsiyyətin zəngin ömür yolu, çoxşaxəli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barəsində məlumat verilib.

admin

Related Posts