Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mətanət Elza ilə BARIŞDI

Mətanət Elza ilə BARIŞDI

Bir-birinə düşmən kəsilən Əməkdar artist Elza Seyidcahan və müğənni Mətanət Əsədova barışıb.

Birinci 24 xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbərin “YouTube” kanalında paylaşılan videoda məlum olub.

Seyidcahanla bir araya gələn Əsədova onun üzündən öpərək, səmimi şəkildə görüşüb.

Qeyd edək ki, Elza ilə Mətanət arasında qalmaqal illər əvvəl Xəzər TV-də yayımlanan “Hər Şey Daxil” verilişində baş verib. Seyidcahan sözügedən proqramın canlı efirinə zəng edərək “Gəncləri korlayan Manaflar, Mətanətlər var” sözlərini dilə gətirib. Daha sonra ikili arasında dava yaşanıb. Baş verənlərdən sonra sözügedən verilişin bağlanması ilə bağlı qərar verilib.

admin

Related Posts