Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sudanda döyüşlər yenidən başladı

Sudanda döyüşlər yenidən başladı

24 saatlıq atəşkəsə baxmayaraq, Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələrinin hərbiləşdirilmiş qrupu arasında toqquşmalar yenidən başlayıb.

Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.

“Döyüşlər davam edir… Biz aramsız atışma səsləri eşidirik”, – deyə AP Sudan Həkimlər İttifaqının nümayəndələrinə istinadən yazıb.

Bundan əvvəl BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Volker Pertez bildirmişdi ki, Sudan silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar nəticəsində Sudanda 180-dən çox adam həlak olub, 1800-dən çoxu yaralanıb.

Xatırladaq ki, Sudanda vəziyyət şənbə günü ölkənin paytaxtı Xartum və bəzi digər şəhərlərdə ordu ilə Çevik Reaksiya Qüvvələri arasında ağır silahlardan istifadə ilə qarşıdurmaların baş verdiyi zaman pisləşib. Çevik Reaksiya Qüvvələri komandanlığının bəyanatlarında bildirilir ki, hazırkı vəziyyət silahlı qüvvələr heç bir xəbərdarlıq etmədən Xartumun cənub ətraflarında yerləşən bazalarından birini mühasirəyə aldıqdan sonra yaranıb.

Editor

Related Posts