Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

UNİCEF-in nümayəndə heyətinin Naxçıvana səfəri başa çatıb

UNİCEF-in nümayəndə heyətinin Naxçıvana səfəri başa çatıb

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, BMT-nin Uşaq Fondunun Azərbaycan Respublikasındakı nümayəndəsi Aleks Haykensin başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri bu gün başa çatıb. Heyəti səfər çərçivəsində Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında olub.

Bildirilib ki, muxtar respublikadakı səhiyyə ocaqları, 1921-ci ildən fəaliyyət göstərən poliklinika ən müasir səhiyyə avadanlıqları ilə təchiz edilib. Poliklinika 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır.

Qonaqlar foyedə akademik Zərifə xanım Əliyevanın xatirəsini əks etdirən guşə ilə tanış olublar. Bildirilib ki, burada görkəmli oftalmoloq-alimin büstü qoyulub, həyat və fəaliyyətini əks etdirən maraqlı fotolar, həmçinin tanınmış insanların görkəmli oftalmoloq alim haqqında söylədikləri fikirlər yer alıb.

Nümayəndə heyətinə müxtəlif kabinetlər, əməliyyat və rentgen otaqları və protez diş laboratoriyaları barədə ətraflı məlumat verilib.

Tibb mərkəzi ilə tanışlıqdan sonra Aleks Haykens xatirə kitabına ürək sözlərini yazıb.

admin

Related Posts