Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda ingilisdilli orta məktəb yaradılacaq

Naxçıvanda ingilisdilli orta məktəb yaradılacaq

Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəb yaradılacaq.

Birinci 24 xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Sənəddə qeyd olunub ki, orta təhsilin keyfiyyət göstəricilərinin artması məqsədi güdən məktəbin yaradılması ilə bağlı layihə hazırlanmalıdır.

2023-2027-ci illəri əhatə edəcək tədbirin əsas icraçı orqan Naxçıvanın Nazirlər Kabineti, digər icraçı Elm və Təhsil Nazirliyi müəyyənləşib.

admin

Related Posts