Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Vaqner” artıq Ukraynada döyüşməyəcək

“Vaqner” artıq Ukraynada döyüşməyəcək

“Vaqner” PMC-nin lideri Yevgeni Priqojin muzdluları ilə Rusiya Müdafiə Nazirliyi arasında müqavilələrin bağlanması tələbini yerinə yetirməyib.

Bunu Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib

O əlavə edib ki, hələ silahlı üsyandan əvvəl Priqojinə “Vaqner”in daha Ukraynaya qarşı müharibədə iştirak etməyəcəyi barədə məlumat verilib.

“Həmçinin muzdluların lideri Rusiya Müdafiə Nazirliyi ilə müqavilələr imzalanmadığı təqdirdə ona pul ayırmayacaqları ilə də üzləşib”, – Kartapolov əlavə edib.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” PMC-nin lideri Yevgeni Priqojin silahlı üsyana cəhd edib. O, muzdluları ilə birlikdə RF Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək üçün Moskvaya doğru hərəkət keçib.

Lakin sonra Aleksandr Lukaşenko ona zəng edərək üsyana son qoymağı tapşırıb.

Öz növbəsində Kreml Priqojinə söz verib ki , onu bu itaətsizliyə görə cəzalandırmayacaq.

Uğursuz üsyandan sonra Priqojinin Belarusa getdiyi iddia olunur.

Editor

Related Posts