Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

KİV: SEPAH-a bağlı şirkət Rusiya və “Hizbullah” üçün raket və PUA-lar istehsal edir

KİV: SEPAH-a bağlı şirkət Rusiya və “Hizbullah” üçün raket və PUA-lar istehsal edir

SEPAH-a bağlı şirkət Rusiya və “Hizbullah” üçün raket və PUA-lar istehsal edir.

Birinci 24 xəbər verir ki, bu barədə “Iran International” əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.

Qeyd edilib ki, SEPAH-a bağlı “Tik” şirkəti Livan “Hizbullah”ı və Rusiya üçün raket və pilotsuz uçuş aparatları istehsal edir.

Məlumata görə, “Tik” şirkəti bu il “Hizbullah” və Rusiya qüvvələrinə raket, pilotsuz uçuş aparatlarının istehsalı və onların istifadəsi üzrə bir sıra təlimlər keçib.

Məlumatda “Tik” şirkətində yüksək məsuliyyət daşıyan şəxslərin adları da çəkilib: “Tik” şirkətinin baş direktoru Rəsul Sirti, baş direktorun müavini Həmidreza Danşi Kohn, texniki mühəndislik üzrə menecer Kianuş Marutipur, hissələrin yığılmasından məsul olan Məhəmməd Əlirzavi Kohni və təlimləri keçən Heşmat Parsaifarddır”.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı müharibəsində pilotsuz təyyarələrlə işləməyi öyrətmək üçün İranın hərbi müşavirlərinin Krımda olması, eləcə də İslam Respublikasının Rusiyada pilotsuz təyyarələrin istehsalı üçün zavod tikmək və Moskvanı ballistik raketlərlə təmin etməsi barədə də müxtəlif məlumatlar var.

Editor

Related Posts