Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Firuzə İbadova plastik əməliyyatdan danışdı

Firuzə İbadova plastik əməliyyatdan danışdı

“Bir çox insanların burunlarında çəpər əyriliyi olur. Belə olanda da nəfəs almaqda çətinlik çəkirik. İllər əvvəl burnumdakı çəpər əyriliyini əməliyyat vasitəsi ilə aradan qaldırmışam. Amma burnumun öz formasına toxunulmayıb. Ondan sonra rahat nəfəs almağa başladım və səs tellərimə artıq yük düşmür”.

Birinci 24 xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

Sənətkar bildirib ki, cavan yaşda olsaydı belə, plastik əməliyyat etdirməzdi:

“Mən bundan başqa heç bir plastik əməliyyat keçirməmişəm. Axı estetik əməliyyat mənim nəyimə lazımdır? Cavan da olsaydım, əməliyyat etdirməzdim. Pəhrizimi saxlayıb, vaxtı-vaxtında idman edərdim”.

Proqramın aparıcısı Elgiz Əkbərin “Bəlkə sizin boyun hissənizdə olan sallaqlığı plastik əməliyyat vasitəsi ilə dartdıraq?” sualına İbadova “Nəyimə lazımdır? Heç ehtiyac yoxdur. Tamaşaçı məni belə də görüb, belə də sevib” cavabını verib.

admin

Related Posts