Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda 1969-cu ildən istismar olunan elektrik xəttləri dəyişdirilib

Naxçıvanda 1969-cu ildən istismar olunan elektrik xəttləri dəyişdirilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, 110/35/10 kilovoltluq “Çeşməbasar” yarımstansiyasından qidalanan, Culfa rayonunun 18 kəndinin, 4476 abonentinin elektriki enerjisi ilə təminatını həyata keçirən 35 kilovoltluq “Əbrəqunus” hava elektrik verilişi xəttinin 3 kilometr hissəsi və həmin yarımstansiya ilə 35/10 kilovoltluq “Quşçuluq” yarımstansiyası arasındakı, Babək şəhərinin tamamını və şəhərə yaxın kəndləri qidalandıran 35 kilovoltluq “Quşçuluq” hava elektrik verilişi xəttinin 4,5 kilometr hissəsi, ümumilikdə 1969-cu ildən istismar olunan 7,5 kilometr xətt Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Yüksəkgərginlikli Elektrik Şəbəkəsi tərəfindən yenidən qurulub.

Xəttin inşasında istifadə edilən xüsusi gücləndirilib, qalvanizə edilmiş dayaqlar, elektrik naqilləri, izolyatorlar, digər köməkçi avadanlıqlar işlədilib.

Xəttin istismara verilməsi ilə yarımstansiyalar arasında əlaqələr gücləndirilib, texniki itkilər xeyli azalıb, qəza və imtinalar minimuma endirilib, ümumilikdə Babək və Culfa rayonlarının bir çox ərazilərinin keyfiyyətli elektrik enerjisi ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Haliyədə köhnə xəttin ağac dayaqlarının sökülməsi işləri aparılır.

Editor

Related Posts