Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda konfrans keçirilir – YENİLƏNƏCƏK

Naxçıvanda “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda konfrans keçirilir – YENİLƏNƏCƏK

“Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən iqlim dəyişikliyinin insan hüquqlarına təsirlərinə dair məlumatlılığın artırılması məqsədilə tədbirlər keçirilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, iyulun 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Hüquq və İnsan Haqları İnstitutu və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda konfrans keçirilir.

Naxçıvan Biznes Mərkəzində keçirilən konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Xanım Alessandra Rokkasalvo, dövlət və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ekologiya könüllüləri iştirak edir.

Editor

Related Posts