Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Teylor Sviftin şərəfinə şəhərin adı dəyişdiriləcək

Teylor Sviftin şərəfinə şəhərin adı dəyişdiriləcək

Almaniyanın Gelzenkirxen şəhərinin adı “Eras” turnesi çərçivəsində ora səfər edəcək ABŞ-li müğənni Teylor Sviftin şərəfinə müvəqqəti olaraq dəyişdiriləcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Gelzenkirxen şəhəri iyul ayında super ulduz Teylor Sviftin “Eras” turnesinə ev sahibliyi edəcək və müğənninin üç konsertinin şərəfinə Rur bölgəsindəki şəhərə “Sviftkirxen” adı veriləcək.

Qeyd olunub ki, ideya bir neçə həftə əvvəl petisiya yaradaraq şəhərə Sviftkirxen adının verilməsini təklif edən yerli məktəbli qıza məxsusdur. Şəhərin meri Karin Velge qızın ideyasını dəstəkləyib və şəhərin adının müvəqqəti olaraq dəyişdiriləcəyini bildirib. Şəhərin tam mərkəzində yeni adı olan lövhənin quraşdırılacağı bildirilir. Bundan əlavə, yerli administrasiya şəhərin ən çox ziyarət edilən yerlərində daha bir neçə lövhənin quraşdırılacağını da qeyd edib. Superulduzun gəlişi ərəfəsində şəhər onun şərəfinə tramvay da işə salıb.

Editor

Related Posts