Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

ABŞ: İran İsrailə hücum edərsə, Tehran üçün fəlakətli nəticələri olacaq

ABŞ: İran İsrailə hücum edərsə, Tehran üçün fəlakətli nəticələri olacaq

İran İsrailə hücum edərsə, Tehran üçün fəlakətli nəticələri olacaq.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu iddia ilə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlər üçün xüsusi brifinqdə çıxış edib.

“İsrailə qarşı kütləvi raket hücumu ilə bağlı təhdidlərə gəlincə, İran bu cür hərəkətlərin qismən qanuni olduğunu sübut etməyə çalışıb. Baş verən heç bir hadisə genişmiqyaslı silahlı hücuma haqq qazandırmır”, – nümayəndə bildirib.

O, ABŞ-nin İsraili müdafiə etməyə hazır olduğunu deyib.

“Biz iranlıları bu yola getməməyə çağırırıq, çünki bunun nəticələri İran üçün olduqca fəlakətli olacaq”, – administrasiyanın əməkdaşı vurğulayıb.

Editor

Related Posts