Today Çərşənbə axşamı, 22nd Aprel 2025
Birinci 24

Birinci 24

İzmirdə meşə yanğını yaşayış evlərinə çatıb, sakinlər təxliyə olunur

İzmirdə meşə yanğını yaşayış evlərinə çatıb, sakinlər təxliyə olunur

Türkiyənin İzmir vilayətində meşə yanğınları güclü küləyin təsiri ilə yaşayış evlərinə keçib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, 16 ev yanıb, 87 ev boşaldılıb, 44 iş yerində təxliyə aparılıb.

İnsan itkisi qeydə alınmasa da, yaşayış evlərinə ciddi ziyan dəyib.

Hazırda vilayətdə 5 təyyarə, 15 helikopter və çoxlu sayda texnika yanğınla mübarizə aparır. Yanğının baş verdiyi əraziyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı hadisə yerindədir.

Editor

Related Posts