Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Real Madrid” rəqibini qol vurmağa peşman etdi

“Real Madrid” rəqibini qol vurmağa peşman etdi

İspaniya La Liqasının altıncı turu çərçivəsində son çempion “Real Madrid” “Espanyol”la qarşılaşıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Santyaqo Bernabeuda bütün maraqlı hadisələr ikinci hissədə cərəyan edib.

Hesabı qonaqlar açsalar da, bu, onların yeganə qolu olub.

Kral klubu dörd dəqiqə ərzində geridönüş edərək rəqibini qol vurmağa peşman edib və matçın nəticəsini öz xeyrinə dəyişib – 4:1.

Bu nəticədən sonra paytaxt komandası 14 xalla ikinci, “Espanyol” isə 7 xalla 13-cü yerdədir. Çempionata “Real”dan bir oyun az keçirən, lakin bir xal daha çox toplayan “Barselona” başçılıq edir.

Editor

Related Posts