Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Türkiyədə yürüşlərə qadağa qoyulub, internet məhdudlaşdırılıb

Türkiyədə yürüşlərə qadağa qoyulub, internet məhdudlaşdırılıb

Türkiyədə İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da daxil olmaqla 100 nəfərin həbsindən sonra şəhərdə dörd günlük yürüş və nümayişlər keçirməyə qadağa qoyulub. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, rəsmi açıqlamada qərarın “ictimai asayişi qorumaq və baş verə biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısını almaq” üçün verildiyi deyilir. 

Eyni zamanda, İstanbul metrosunun Taksim və Emniyet-Fatih stansiyaları və bir sıra mərkəzi küçələr qeyri müəyyən müddətdə ictimaiyyətin üzünə qapadılıb.

Həmçinin, Türkiyədə internetin məhdudlaşdırıldığı xəbərləri gəlir.

Yüzlərlə istifadəçi X, YouTube, İnstagram və TikTok-dan istifadə edə bilmədiyini deyib. 

Əkrəm İmamoğlu və daha 99 nəfər barəsində “cinayət təşkilatının lideri və ya üzvü olmaq”, “hədə-qorxu ilə tələb etmə”, “rüşvət alma”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderi saxtalaşdırmaq” ittihamları ilə həbs qərarı çıxarılıb.

Əkrəm İmamoğlunun 2028-ci il seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi olacağı gözlənilirdi.

Editor

Related Posts