Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Saxlanılan İmamoğlunun mesajı: “Millət cavabını verəcək”

Saxlanılan İmamoğlunun mesajı: “Millət cavabını verəcək”

Bu gün səhər polisin keçirdiyi əməliyyatla saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun qələmə aldığı mesaj yayılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, həmin vərəqin fotosu İmamoğlunun sosial media hesabında dərc olunub.

“Yalanlara, təxribatlara, tələlərə, insanların haqqını tapdalayanlara, xalqın iradəsini oğurlayanlara millətimiz lazımi cavabı verəcək. Mən əvvəlcə Allaha, sonra millətimə əmanətəm”, – mesajda bildirilir.

Xatırladaq ki, bu gün səhər İBB sədri Əkrəm İmamoğlu saxlanılıb və onun evində axtarış aparılıb.

Ötən gün isə İstanbul Universiteti Ə. İmamoğlunun bakalavr diplomunun ləğv edilməsi barədə qərar verib.

Qeyd edək ki, İmamoğlu martın 23-də Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidenliyə namizədinin müəyyənləşəcəyi partiyadaxili seçkiyə hazırlaşırdı. O, CHP-nin prezidentliyə ən böyük namizədi hesab olunur.

Editor

Related Posts