Rusiyada məşhurlaşan və milyondan çox izləyicisi olan Azərbaycanəsilli bloqer Hüseyn Həsənov xüsusilə böyük miqdarda pul leqallaşdırılması ilə bağlı cinayət işinə görə axtarışa verilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.
Bildirilir ki, onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Bloqer 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.
Məlumata görə, Hüseyn 2024-cü ildən Rusiyada yaşamır – bəzi mənbələr onun Azərbaycana köçdüyünü bildirir.