“Azərbaycan “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşula biləcək ölkələr sırasındadır”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
O, bunun yaxın gələcəkdə baş tutacağını bildirib:
“Növbəti bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya, Livan qoşula bilər”.
Uitkoff həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan münaqişələrini həll etməyə yaxındırlar.
Qeyd edək ki, bundan əvvəl ABŞ yəhudi icmasının 50-dən çox ravvini “İbrahim Sazişləri”nin genişləndirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət ediblər. Onlar türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu razılaşmaya daxil edilməsini istəyiblər.
Xatırladaq ki, “İbrahim Sazişləri” İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.