Today Cümə axşamı, 24th İyul 2025
Birinci 24

Birinci 24

Azərbaycanda bəzi siqaretlər bahalaşdı

Azərbaycanda bəzi siqaretlər bahalaşdı

Bu gündən Azərbaycanda bəzi tütün məmulatlarının qiymətinin bahalaşdığı bildirilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Trend”-ə siqaret satışı ilə məşğul olan şəxslər məlumat verib.

Bildirilib ki, artıq bu barədə siqaret satışını həyata keçirən şirkətlər onları məlumatlandırıb.

Məlumata görə, “Keno” markalı siqaretlərin “boz nazik” və kompakt çeşidinin qiyməti 0,20 qəpik bahalaşıb.

Ötən ilin dekabrın 27-də Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, tütün və bu qəbildən olan məhsullara tətbiq edilən aksiz dərəcələri artırılmışdı.

2025-ci ilin yanvar ayından etibarən aksiz rüsumlarının artırılması qüvvəyə mindi.

Editor

Related Posts