Bakıda sakinlər binanın həyətində natəmizlikdən şikayətçidir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Yasamalda, 308 nömrəli məktəbin arxasında yerləşən binanın həyəti zibilliyə çevrilib. Buna səbəb isə sakinlərin zibilləri ora atmasıdır. Qeyd olunub ki, ərazini uşaq bezlərinin qoxusu bürüyür. Yay olduğu üçün isə vəziyyət hər gün daha da pisləşməyə doğru gedir.
Ərazidən kadrları təqdim edirik: