Rusiya nümayəndə heyəti Ukrayna ilə sülh danışıqları aparmaq üçün Türkiyəyə gəlib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi xəbər verir.
Danışıqların Bosfor sahilində yerləşən Dolmabaxça sarayında keçirilməsi gözlənilir.
Görüşün dəqiq başlama vaxtı hələ müəyyən edilməyib.
Rusiya Prezidenti Vladimir Putin mayın 14-də danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Heyətə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Tərkibə həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksey Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov daxil edilib.
Putinin özü isə danışıqlara getməyib.
“Reuters”in məlumatına görə, Putinin imtinasından sonra ABŞ Prezidenti Donald Tramp da Türkiyəyə getmək fikrindən daşınıb.
Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Andrey Yermak rəhbərlik edir. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin də Türkiyəyə gələcəyi gözlənilir. O, yalnız Putinlə birbaşa görüşə hazır olduğunu bildirib, bununla belə, əlavə edib ki, istənilən formatda danışıqlara hazırdırlar.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.