ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) tərkibindən çıxmaq qərarına gəlib,
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ABŞ-nin YUNESKO-dan çıxması 2026-cı il dekabrın 31-də baş tutacaq.
ABŞ artıq qərarını təşkilatın rəhbərliyinə çatdırıb.
Dövlət Departamenti qeyd edib ki, YUNESKO-ya üzvlük ABŞ-nin milli maraqlarına cavab vermir.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev mətbuat katibinin müavini Anna Kelli ABŞ Prezidenti Donald Trampın ölkəsini YUNESKO-dan çıxarmaq qərarına gəldiyini bildirmişdi.
Rəsminin sözlərinə görə, bu addım YUNESKO-nun Amerikanın maraqlarına uyğun gəlməyən mübahisəli mədəni və sosial təşəbbüsləri dəstəkləməsi ilə bağlıdır.