Today Cümə, 20th İyun 2025
Birinci 24

Birinci 24

Putin Zelenski ilə görüşə hazır olduğunu deyir

Putin Zelenski ilə görüşə hazır olduğunu deyir

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu deyib, lakin o, ukraynalı həmkarının legitimliyini sual altına qoyub.

Birinci24 informasiya agentliyinin məlumatına görə, “TASS” informasiya agentliyi bildirir ki, Putin bunu iyunun 19-da Sankt-Peterburqda dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.

“Mən hamı ilə, o cümlədən Zelenski ilə də görüşməyə hazıram. Əgər Ukrayna dövləti danışıqlar aparmaq üçün kiməsə etibar edirsə, buyursun, qoy bu Zelenski olsun. Məsələ bunda deyil. Məsələ ondadır ki, sənədləri kim imzalayacaq” – deyə Rusiya lideri qeyd edib.

“Bütün hərbi rəhbərlər, nazirlər, qubernatorlar prezidentlər tərəfindən təyin olunur. Orada ‘uyğun gəlir-gəlmir’ məsələsi yoxdur. Amma birinci şəxs özü qeyri-legitimdirsə, bütün hakimiyyət sistemi qeyri-legitim olur. Mən bunu niyə deyirəm?.. Əks halda, bilirsiniz, sabah başqası gəlib bu sənədləri zibil qutusuna atacaq. Bu isə mümkün deyil, biz axı ciddi məsələləri həll edirik,” – Putin əlavə edib.

Ukrayna və Rusiya nümayəndələri sonuncu dəfə iyunun 2-də İstanbulda danışıqlar aparıblar. Danışıqlarda müharibə əsirlərinin mübadiləsi və danışıqları davam etdirmək barədə razılığa gəlinsə də, tərəflər arasında atəşkəs barədə hələ də razılıq əldə olunmayıb.

Editor

Related Posts