Naxçıvan Konstitusiyasına dəyişiklik edilməsi nəzərdə tutulur.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb.
Bildirilib ki, nəzərdə tutulan dəyişikliklərdən biri də Ali Məclisə seçkilərlə bağlıdır.
“Ali Məclisə seçkiləri Azərbaycan Prezidenti təyin edəcək. Seçkilər indiyədək Naxçıvan Ali Məclisinin sədri tərəfindən təyin edilirdi. Dəyişikliyə əsasən onun bu səlahiyyəti əlindən alınır”, – sayt yazır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.
Bildirilir ki, konstitusiyaya, həmçinin Ali Məclisin buraxılması barədə maddə də əlavə ediləcək:
“Belə ki, Ali Məclis 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələri aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilməkdikdə Azərbaycan Prezidenti tərəfindən buraxıla bilər”.
Qeyd olunub ki, Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsi Ali Məclis tərəfindən iki oxunuşda qəbul edilib. Layihə Milli Məclisin müzakirəsinə çıxarılacaq.