Today Şənbə, 21st İyun 2025
Birinci 24

Birinci 24

Naxçıvan Dövlət Universitetinin tanınmış alimi dünyasını dəyişib

Naxçıvan Dövlət Universitetinin tanınmış alimi dünyasını dəyişib

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Babayev Yasin Nağı oğlu vəfat edib.

Qeyd edək ki, Yasin Babayev 1948-ci il iyunun 20-də Ordubad şəhərində anadan olub. 1965-ci ildə orta məktəbi, 1971-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 1967-1976-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının (indiki adı ilə AMEA) Qeyri-üzvi və fiziki kimya institutunda laborant, baş laborant, mühəndis vəzifələrində çalışıb.

Alim 1976-cı ildən həyatını Naxçıvan Dövlət Universiteti ilə bağlayıb. 1978-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi, 2005-ci ildə isə doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 1986-cı ildə dosent, 2010-cu ildə professor elmi adlarına layiq görülüb. 2007-ci ildə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb.

Professor Yasin Babayev NDU-da müxtəlif vəzifələrdə çalışaraq universitetin elmi və inzibati inkişafına mühüm töhfələr verib. 1987-1989-cu illərdə elmi-tədqiqat bölməsinin rəisi, 1990-1999-cu illərdə kimya kafedrasının müdiri, 1998-1999-cu illərdə magistratura üzrə məsul şəxs, 2000-2008-ci illərdə Təbiətşünaslıq fakültəsinin dekanı, 2008-2016-cı illərdə isə Regionun inkişaf problemləri elmi-tədqiqat laboratoriyasının müdiri olub.

Alimin 167 elmi məqaləsi, ikisi dərslik olmaqla 4 kitabı, 4 patenti çap olunub. 3 fəlsəfə doktorunun elmi rəhbəri olub, onlarla tələbənin təlim-tərbiyəsində mühüm rol oynayıb, pedaqoji və elmi biliklərini əsirgəməyib.

Allah rəhmət eləsin.

Editor

Related Posts