Füzuli heykəlinin ətrafı baxımsız vəziyyətdə – Buna görə məsuliyyəti kim daşıyır?

Füzuli heykəlinin ətrafı baxımsız vəziyyətdə – Buna görə məsuliyyəti kim daşıyır?

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısında yerləşən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin heykəlinin ətraf hissələri zədələnib, bəzi mərmər hissələri qopub.

Birinci24 informasiya agentliyinin məlumatına görə, Baku TV-nin ərazidə apardığı çəkiliş zamanı vətəndaşlar bildiriblər ki, heykəlin bu vəziyyətə düşməsinin əsas səbəbkarları skeytbord həvəskarlarıdır.

“Kamera quraşdırıb müşahidə etmək, daha sonra cərimə yazmaq lazımdır”, – deyə sakinlərdən biri deyib.

Ərazidə skeytbordinqlə məşğul olan gənc isə açıqlamasında qeyd edib ki, heykəlin ətrafı illərdir zədəli haldadır:

“Heykəl beş ildir bu vəziyyətdədir. Öz adıma deyə bilərəm ki, mən etməmişəm. Biz burada skeytbord sürməyə başlayandan həmin zədələr var”.

Editor

Related Posts