İsrail ABŞ Prezidenti Donald Trampın İranda atəşkəs təklifi ilə razılaşıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“İsrail hesab edir ki, İranda məqsədlərinə nail olub və özü üçün ikili ekzistensial təhlükəni aradan qaldırıb”, – məlumatda deyilir.