Today Cümə axşamı, 26th İyun 2025
Birinci 24

Birinci 24

“Azərbaycanla danışıqlar dalana dirənməyib” – Ermənistan XİN

“Azərbaycanla danışıqlar dalana dirənməyib” – Ermənistan XİN

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar dalana dirənməyib, dialoq davam edir”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinq zamanı deyib.

“Mən bu prosesi dalana dirənmiş hesab etməzdim, çünki belə qiymətləndirmə üçün mütləq danışıqların tam dayanması tələb olunur. Halbuki, hazırda müzakirələr davam edir. Ümid edirəm ki, Ermənistan və Azərbaycan nümayəndələri yaxın zamanda sülh sazişini müzakirə etmək üçün görüş keçirəcəklər”, – deyə o qeyd edib.

Editor

Related Posts