“Bu andan etibarən F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına müraciət edən bütün şəxslərə sosial media hesablarının məxfilik ayarlarını “ictimai” (hamı üçün açıq) vəziyyətə gətirmələri tövsiyə olunur”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin sosial şəbəkə hesabında dərc olunan məlumatda bildirilir.
Qeyd olunub ki, bu, ABŞ qanunvericiliyinə uyğun olaraq onların şəxsiyyətinin və ölkəyə daxilolma hüququnun müəyyənləşdirilməsi üçün zəruri olan yoxlama prosesini asanlaşdırmaq məqsədi daşıyır.
Məlumat üçün bildirək ki, F kateqoriyalı vizadan ABŞ-də universitetlərdə, kolleclərdə və dil məktəblərində təhsil almaq istəyən tələbələr istifadə edir.
M seriyası peşə və texniki təhsil üçün verilən tələbə vizasıdır.
J seriyası isə mübadilə proqramları (tələbə mübadiləsi, “Work and Travel”, tədqiqat, müəllim proqramları və s.) üçün verilən vizadır.