Qəzzada qida çatışmazlığından əziyyət çəkən uşaqların sayı 17 minə çatır.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Qəzza tibbi xidmətlər direktoruna istinadla məlumat yayıb.
“Ciddi müdaxilə edilmədiyi təqdirdə çoxlu sayda uşağın qida çatışmazlığından öləcəyini gözləyirik”, – tibbi xidmətlər rəsmisi bildirib.
O, həmçinin, heyət, tibbi ləvazimat və dərman çatışmazlığı ilə əlaqədar bir çox əməliyyatların təxirə salındığını qeyd edib.