Today Cümə, 27th İyun 2025
Birinci 24

Birinci 24

Pezeşkian İsrailin Azərbaycanın səmasının istifadəsinin araşdırılmasını istəyib

Pezeşkian İsrailin Azərbaycanın səmasının istifadəsinin araşdırılmasını istəyib

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevdən İsrailin İrana hücumlarda Azərbaycan səmasının istifadəsinin araşdırılmasını istəyib. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə İran dövlət mətbuatı xəbər yayıb. 

Xəbərdə deyilir ki, iyunun 26-da telefon zəngində Pezeşkian, həmçinin, Azərbaycan hökumətinə və xalqına İsrail hücumları qarşısında İran xalqı ilə “həmrəylik nümayiş etdirdiyi üçün” təşəkkür edib. 

Xəbərə əsasən, Əliyev öz növbəsində Azərbaycanın İrana qarşı hücumları birmənalı şəkildə qınadığını deyib və “günahsız insanların ölümlərindən təəssüf hissi” keçirdiyini ifadə edib. 

Əliyevin, həmçinin, Azərbaycan səmasının İsrail tərəfindən istifadəsinə icazə verildiyi barədə “şaiyələri inkar etdiyi” bildirilir. 

Azərbaycan tərəfinin yayımladığı telefon danışığının pres-rilizi isə daha məhdud olub. Burada sadəcə Əliyevin İran Prezidentini İsraillə atəşkəs münasibətilə təbrik etdiyi və ikitərəfli əməkdaşlığı müzakirə etdiyi, habelə Pezeşkianı yenidən Azərbaycana dəvət etdiyi deyilib. 

Azərbaycan iyunun 13-də İsrailin İrana zərbələri ilə başlayan münaqişə ərzində bir dəfə bəyanat verib.

İyunun 13-də Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda Azərbaycanın hərbi əməliyyatdan narahat olduğu və tərəfləri sülhə çağırdığı qeyd olunur.

Editor

Related Posts