Today Cümə, 27th İyun 2025
Birinci 24

Birinci 24

DİN-dən sürücü və valideynlərə xəbərdarlıq: qanun pozuntusudur

DİN-dən sürücü və valideynlərə xəbərdarlıq: qanun pozuntusudur

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, belə xəbərdarlıqla Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev çıxış edib.

“Hərəkət zamanı təhlükəsizlik kəməri mütləq bağlanmalıdır, uşaqlar yalnız xüsusi oturacaqda daşınmalıdır, lyukdan, pəncərədən bədən çıxarmaq qadağandır. Sürücü sərnişinin, xüsusilə uşaqların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Qaydalara əməl edin, bir anlıq ehtiyatsızlıq ömürlük peşimanlıq olmasın”, – nazirlik rəsmisi bildirib.

Editor

Related Posts