Today Cümə axşamı, 3rd İyul 2025
Birinci 24

Birinci 24

Ağdamda polis minaya düşdü

Ağdamda polis minaya düşdü

Ağdam rayonunun Papravənd kəndi ərazisində mina hadisəsi baş verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.

“Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.

Zərərəçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır”, – məlumatda deyilir.

Editor

Related Posts