Today Çərşənbə axşamı, 1st İyul 2025
Birinci 24

Birinci 24

“Azərbaycanda meyitlərə yenidən tibbi ekspertiza keçiriləcək”

“Azərbaycanda meyitlərə yenidən tibbi ekspertiza keçiriləcək”

“Azərbaycanda meyitlərə yenidən tibbi ekspertiza keçiriləcək. Ekspertiza ya bu gün, ya da sabah olacaq, dəqiq deyil”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli deyib.

O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin müşayiəti ilə cənazələr bu gün 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaq, sabah səhər saatlarında isə Ağcabədiyə yola salınacaq:

“Qardaşlarım Ağcabədidə “Dörd yol” deyilən qəbiristanlıqda atamın, anamın yanında dəfn ediləcəklər. Onlarla vida mərasimi də Ağcabədidə olacaq”, – S. Hüseynli əlavə edib.

Editor

Related Posts