Today Çərşənbə axşamı, 1st İyul 2025
Birinci 24

Birinci 24

“Qardaşlarımın həyəcandan ölmələri inandırıcı deyil” – Seyfəddin Hüseynli

“Qardaşlarımın həyəcandan ölmələri inandırıcı deyil” – Seyfəddin Hüseynli

İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının – Ziyəddin və Hüseyn Səfərovun nəşləri yenidən ekspertiziya göndəriləcək.

Birinci24 informasiya agentliyi “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında onların qardaşları Seyfəddin Hüseynli bildirib.

O, Rusiyadakı ekspertizanın nəticəsinə inanmadıqlarını deyib.

S.Hüseynli qeyd edib ki, qardaşlarının Rusiya tərəfinin iddia etdiyi kimi həyəcandan ölmələri inandırıcı deyil.

Qeyd edək ki, iyunun 28-də Azərbaycan Rusiyanı Yekaterinburqda öz vətəndaşlarının saxlanmasını araşdırmağa çağırıb. Bundan əvvəl KİV iyunun 27-də baş vermiş reyd barədə məlumat yayıb — təhlükəsizlik qüvvələri azərbaycanlıların 10-dan çox mənzilində axtarış aparıb, 50-yə yaxın adamı saxlayıb. Regional İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi “keçən illərə” aid bir işi araşdırdıqlarını bildiriblər.

Editor

Related Posts