Prezidentin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Unikal” məlumat yayıb.
Məlumata görə, bu vəzifəyə polkovnik Fərid Əsgərov təyin edilib.
Qeyd edək ki, F.Əsgərov bu təyinatadək PTX rəisi Bəylər Eyyubovun müavini idi. B.Eyyubov digər təyinatla Prezidentin Katibliyinin rəisi təyin edilib.