Today Cümə axşamı, 3rd İyul 2025
Birinci 24

Birinci 24

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov açıqlayıb

O deyib ki, 100-ə yaxın ekspertiza təyin edilib və hazırda təhqiqatlar davam etdirilir.

“Azərbaycandan olan ekspertlər bu yaxınlarda Qazaxıstana ezam olunublar, geniş müzakirələr aparılıb. Ekspertizanın nəticələrinin əldə olunması istiqamətində səylər davam etdirilir”.

N. Əvəzov yaxın zamanda ekspertizanın nətocələrinin açıqlana biləcəyini deyib.

Xatırladaq ki, ötən ilk dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Editor

Related Posts