Today Cümə axşamı, 14th Avqust 2025
Birinci 24

Birinci 24

Azərbaycanda ayda 600 manatdan çox pul xərcləyən neçə nəfər var?

Azərbaycanda ayda 600 manatdan çox pul xərcləyən neçə nəfər var?

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda aylıq istehlak xərcləri 600 manatdan çox olan təxminən 1 milyon 554 min nəfər olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, aylıq istehlak xərcləri 600 manatdan çox olan insanların sayı ümumi əhalinin 15,2%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 10 milyon 224,9 min nəfər olub.

Onu da bildirək ki, bu ilin əvvəli üçün Azərbaycanda istehlak xərci ay ərzində 270 manatdan az olan şəxslər yoxsul sayılıb. Yoxsul insanların sayı isə təxminən 542 min nəfər olub və bu da ümumi əhalinin 5,3%-nə bərabərdir.

Editor

Related Posts