Today Cümə axşamı, 14th Avqust 2025
Birinci 24

Birinci 24

Zakir Həsənovun müşaviri Türkiyədə ordu komandanı təyin olundu

Zakir Həsənovun müşaviri Türkiyədə ordu komandanı təyin olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığında xidmət edən 119 generalın, Hərbi Hava Qüvvələri Komandanlığında 31 generalın, Hərbi Dəniz Qüvvələri Komandanlığında isə 35 admiralın vəzifələri dəyişib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, müvafiq qərar “Resmi Gazete”də dərc olunub.

Sərəncama əsasən, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersay Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib.

Xatırladaq ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib. O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.

Editor

Related Posts