İyulun 4-də Xankəndidə Azərbaycan prezidenti İlham Əliyevlə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın görüşü olub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə AZƏRTAC xəbər yayıb.
İ.Əliyev bildirib ki, “İsraillə İran arasında qarşıdurmanın baş verməsindən dərhal sonra İrana qarşı olan bu hərəkətlər” Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qınanılıb. O, bu qarşıdurmada İranın rəsmi, mülki şəxslərinin həlak olması ilə əlaqədar bir daha başsağlığını çatdırıb, Azərbaycan dövlətinin, xalqının İran dövləti və xalqı ilə həmrəyliyini, dəstəyini ifadə edib.
Dövlət başçısı Azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu vurğulayıb.
Xəbərdə habelə qeyd edilir ki, İran prezidenti İsraillə qarşıdurma zamanı Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.
Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci zirvə görüşü keçirilir və İran prezidenti də bu tədbirə gəlib.
Bundan əvvəl, iyunun 27-də İranın Ermənistandakı səfiri Mehdi Sobhani demişdi ki, Tehran kəşfiyyat məlumatları əsasında Bakıya müraciət edib, İsrailin İrana zərbələr üçün Azərbaycan ərazisindən istifadə etməsinə dair məlumatların araşdırılmasını istəyib.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) isə İranın Ermənistandakı səfirinin bu açıqlamalarını “açıq təxribat” adlandırmışdı.