Today Şənbə, 5th İyul 2025
Birinci 24

Birinci 24

“Zəngəzur dəhlizi geoiqtisadi inqilabın tərkib hissəsidir” – Ərdoğan

“Zəngəzur dəhlizi geoiqtisadi inqilabın tərkib hissəsidir” – Ərdoğan

“Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar açacaq”.

Birinci24 informasiya agentliyi TRT-yə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Türkiyə bu dəhlizi təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi görür.

“Zəngəzur dəhlizinin açılışı Orta Dəhliz üçün strateji addım olacaq. Dəhliz açıldığı zaman Türkiyə malları Xəzərdən keçərək Orta Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə gedən mallar da Türkiyədən keçməyə başlayacaq. Orta Dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir. Bu prosesdə bütün addımlarımızı ən optimal şəkildə atırıq. Burada ən mühüm olanı Zəngəzur xəttidir. Bu xəttə dəmir yolu sistemi də daxildir. Bu səbəbdən yükdaşımalarda Zəngəzur xəttinin əhəmiyyəti artır və artacaq”, – Ərdoğan qeyd edib.

Ərdoğan onu da qeyd edib ki, Zəngəzur dəhlizi açıldığı zaman Türkiyənin Qars-Iğdır-Naxçıvan dəmir yolu xətti və Qarabağdakı tikinti investisiyalarə daha səmərəli fəaliyyət göstərəcək.

Editor

Related Posts