Today Şənbə, 5th İyul 2025
Birinci 24

Birinci 24

Tənqid olunan qanuna dəyişiklik edilir

Tənqid olunan qanuna dəyişiklik edilir

Azərbaycan parlamenti yerli və beynəlxalq tənqidlərlə üzləşən “Media haqqında” Qanununa dəyişiklik edir.

Ötən gün, iyulun 4-də Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Qanuna əlavələrdə media subyektinin təsis edilməsinə, xarici media subyektlərinin qeydiyyatdan keçməsinə və ümumilikdə media subyektlərinin fəaliyyətlərinə dair tələblər genişlənir.

Layihəyə təklif edilən yeni bir maddəyə əsasən, media subyektlərinin adları digər media subyektlərinin adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata, əxlaqa zidd, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.

Digər tərəfdən, Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur. Reyestrdə olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5 min manatadək cərimələnəcək.

Paralel olaraq, informasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir. Artıq informasiya agentliyinin azı 20 media ilə informasiya verilməsi haqqında müqaviləsi olmalı, azı beş xarici ölkədə jurnalisti akkreditasiyadan keçməlidir.

Bununla bərabər, Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşib.

Həmçinin, yeni layihədə qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilib.

Bəzi media ekspertləri düşünür ki, əlavələrlə qanunda bir qədər də məhdudlaşdırmalar artırılır.

Editor

Related Posts