Today Çərşənbə axşamı, 8th İyul 2025
Birinci 24

Birinci 24

Putinin işdən çıxardığı nazir bir neçə saat sonra ölü tapılıb 

Putinin işdən çıxardığı nazir bir neçə saat sonra ölü tapılıb 

Rusiya Prezidenti Vladimir Putinin bu gün vəzifədən kənarlaşdırdığı nazir bir neçə saat sonra ölü tapılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Rusiya mətbuatı keçmiş nəqliyyat naziri Roman Staravoitin meyitinin iyulun 7-də Moskva vilayətində, Myakinino kəndindəki evində tapıldığını yazıb. 

3 milyondan çox izləyicisi olan “Mash” Telegram kanalı iddia edib ki, keçmiş nazir özünü vaxtilə Daxili İşlər Nazirliyinin ona hədiyyə etdiyi tapança ilə vurub. 

Rusiyanın İstintaq Komitəsi hadisənin araşdırılmasında intihar motivinin nəzərdən keçirildiyini bildirib. 

İyulun 7-də Putinin sərəncamı ilə işdən çıxarılan Staravoit ötən ilin mayından bu postda olub. O, daha öncə Kursk vilayətinin qubernatoru olub.

Editor

Related Posts