Today Şənbə, 12th İyul 2025
Birinci 24

Birinci 24

İlham Əliyev dayısı oğlunun rəhbərlik etdiyi səhiyyə müəssisəsinə 650 min manat ayırıb

İlham Əliyev dayısı oğlunun rəhbərlik etdiyi səhiyyə müəssisəsinə 650 min manat ayırıb

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 650,0 (altı yüz əlli) min manat vəsait ayrılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Sərəncam imzalayıb.

​Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əziz oğlu Əliyevdir.

​Akademik Cəmil Əziz oğlu Əliyev 1990-cı ildən etibarən, təxminən 35 ildir Milli Onkologiya Mərkəzinin Baş direktorudur.

​Onkoloq cərrah Cəmil Əliyev ölkə başçısı İlham Əliyevin dayısı Əziz Əliyevin oğludur.

​Cəmil Əliyevin oğlu Əziz Əliyev də Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin aparıcı elmi işçisi və onkoloq-cərrahıdır.

Editor

Related Posts