Today Çərşənbə axşamı, 15th İyul 2025
Birinci 24

Birinci 24

Naxçıvanda 2025-ci ilin 6 ayı ərzində 298 yanğın hadisəsinə çıxış olub

Naxçıvanda 2025-ci ilin 6 ayı ərzində 298 yanğın hadisəsinə çıxış olub

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 65 min 317 zəng dахil оlub, zənglər dərhal aidiyyəti üzrə ötürülüb. Daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 298 yanğın hadisəsinə çıxış olub. 27 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 28 müxtəlif ərazidə döyüş sursatları tapılıb və zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb.

Yanğın təhlükəsizliyi təmin olunması məqsədilə 836 obyektdə yoxlamalar aparılıb. 78 obyektində texniki təhlükəsizliyə əməl olunmasına nəzarət olunub, 29 təhlükə potensiallı obyektdə isə mühafizə işinin təşkili yoxlanılıb.

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə 8616 nəfərin iştirakı ilə silsilə tədbirlər, seminarlar və məşqlər keçirilib.

Editor

Related Posts