Maşınını xadimələrə yudurdan Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb.
Birinci24 informasiya agentliyi “Trend”ə istinadla xəbər verir ki, məlumat Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən təsdiqlənib.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.