İran Prezidenti Məsud Pezeşkianın ötən ay İsrailin hücumu zamanı yaralandığı bildirilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, ABŞ kəşfiyyatından adları açıqlanmayan mənbələrin “CBS News” kanalına bildirdiyinə görə, daha öncə İranın dövlət mediasında bu barədə yayılan məlumatlar doğrudur və Pezeşkian hücumu zamanı Ali Milli Təhlükəsizlik Şurasının iclasında iştirak edirmiş.
Dövlət mediasının məlumatına görə, o, fövqəladə qaçış çıxışından qaçarkən ayağından xəsarət alıb.
Pezeşkian özü bu ayın əvvəli amerikalı jurnalist Taker Karlsona müsahibəsində İsrailin onu öldürməyə çalışdığını deyib.
İyunun 13-də İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsilə başlayan münaqişə iyunun 24-də ABŞ-nin vasitəçiliyi ilə başa çatıb.
Münaqişə ərzində ABŞ İranın nüvə obyektlərini bombalayıb.
Habelə, İsrail bir neçə İran hərbi liderini öldürüb.