Today Şənbə, 19th İyul 2025
Birinci 24

Birinci 24

“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan müğənni də həbs edildi

“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan müğənni də həbs edildi

Müğənni Elçin Göyçaylı həbs olunub.

Birinci24 informasiya agentliyi “Axşam.az”a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

Araşdırma zamanı onun sərxoş halda avtomobil idarə edərək manevr qaydalarını pozduğu müəyyənləşib.

Müğənniyə 15 gün müddətinə inzibati həbs cəzası verilib.

Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnının müəllifidir. O, daha çox “Nə oldu, Paşinyan?” ifası ilə məşhurdur.

Onu da bildirək ki, daha əvvəl Azərbaycanda FTB ləqəbi ilə tanınan reper Məqsəd Bayişov saxlanılıb. FTB inzibati qaydada 25 sutka həbs olunub. Bundan əvvəl isə Bulvarda təşkil olunan reperlərin “battle”ində Epi ləqəbli Əkbər Novruzov saxlanılıb və barəsində 30 sutka həbs qərarı verilib. Reperlərin söyüşə görə saxlanıldığı bildirilir.

Editor

Related Posts