Today Çərşənbə axşamı, 22nd İyul 2025
Birinci 24

Birinci 24

Zəngəzur dəhlizi suverenlik hüququna xələl gətirməməlidir – İran XİN

Zəngəzur dəhlizi suverenlik hüququna xələl gətirməməlidir – İran XİN

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Zəngəzur dəhlizi ilə bağlı danışıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, o bu barədə keçirdiyi həftəlik mətbuat konfransında çıxış edib.

“Əlaqələr, nəqliyyat yolları və keçid məntəqələri ilə bağlı mövqeyimizi bu məsələdə çox açıq şəkildə ifadə etmişik. Region ölkələri arasında münasibətlərin və ticarətin inkişafını dəstəkləməyimizə baxmayaraq, bu cür fəaliyyətlərin və keçid məntəqələrinin yaradılmasının suverenlik hüququna, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyinə xələl gətirməməli olduğunu həmişə vurğulamışıq. Qafqaz bölgəsində digər ölkələrin bəzi açıqlamaları və mövqeləri bəzən səhv başa düşülə bilər. Bizim bu məsələyə münasibətimiz aydındır və dəfələrlə izah etmişik”, – Bəqayi bildirib.

Editor

Related Posts