Today Çərşənbə axşamı, 22nd İyul 2025
Birinci 24

Birinci 24

Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

Baş nazirin sabiq birinci müavini (1992-2006-cı illər) Abbas Abbasovun Rusiyada fəaliyyət göstərən şirkəti ötən ili 9 milyon 998 min rubl (127,5 min dollar) xalis zərərlə başa vurub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Abbas Abbasov 2021-ci ilin iyul ayında Rusiyada “Fermerskoe Xozayaistvo Timoxino” (ООО “ФЕРМЕРСКОЕ ХОЗЯЙСТВО ТИМОХИНО” – ИНН: 5011036696) adlı şirkətin 10 faizlik payını satın alaraq, 3 təsisçidən biri olub.

“Fermerskoe Xozayaistvo Timoxino” şirkətinin digər təsisçiləri – Abbas Abbasovun biznes ortaqları, Rusiya vətəndaşları Vladimir Kozyulin (65%-lik pay) və Teymuraz Xixinaşvilidir (25%-lik pay).

Qeyd edək ki, “Fermerskoe Xozayaistvo Timoxino” şirkəti 9 may 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət Moskva vilayəti, Yeqoryevsk şəhəri, Timoxino kəndi, bina 100 ünvanında fəaliyyət göstərir.

Şirkətin fəaliyyət sahəsinə ət və ət məhsullarının istehsalı daxildir.

Məlumat üçün bildirək ki, 2023-cü illə müqayisədə ötən il şirkətin ümumi gəlirləri 44,3% və ya 9,3 milyon rubl artsa da, xalis zərəri də 45% və ya 3,1 milyon rubl artaraq 10 milyon rubl olub.

Editor

Related Posts